Wn/az/Nyu-Yorkdakı göydələnə çıxmaq yarışının qalibləri bilindi

< Wn‎ | azWn > az > Nyu-Yorkdakı göydələnə çıxmaq yarışının qalibləri bilindi


Bookmark-new.svg

9 fevral 2012, Cümə axşamı

Looking Up at Empire State Building.JPG

Nyu-Yorkdakı "Empire State Building"in ən yuxarı mərtəbəsinə çıxmaq yarışının qalibləri bilinib. Artıq ardıcıl 7-ci ildir alman qaçışçı bu göydələnin ən yuxarı mərtəbəsinə çıxmaq yarışında birinci olur.

Tomas Dold binanın giriş dəhlizində 86-cı mərtəbədəki müşahidə bölməsinədək 1600-ə yaxın pilləni 10 dəqiqə 28 saniyəyə qaçıb.

Təşkilatçıları dediyinə görə Yeni Zelandiyadan Melissa Mun isə qadınlardan arasında qaçışın qalibi olub. O, müsabiqəni 12 dəqiqə 39 saniyədə tamamlayıb. Mun bu yarışda 2010-cu ildə də qalib gəlmişdi. Rəsmilər deyir ki, yarışda iştirak üçün 650 qaçıcı qeydiyyatdan keçmişdi.

MənbəEdit