PSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona"nın həkimlərinə müraciət edib.
O, ayaq sümüyünün müalicəsi üçün bu addımı atıb.
Braziliyalı hücumçu zədəsi ilə bağlı Kataloniya klubunun tibbi qərargahı ilə məsləhətləşib. Həkimlər ona əməliyyat olunmağı məsləhət görüb. Ancaq o, cərrahi müdaxilə olmadan müalicəni üstün tutub.
Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib. Onun martın sonuna kimi oynamayacağı gözlənilir.
Mənbə
edit- Neymar zədələndikdən sonra "Barcelona"nın həkimlərinə müraciət etdi — İdman Azərbaycan tv, 13-02-2019