14 fevral 2019, Cümə axşamı
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
14 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Əhməd oğlu Məmmədquliyevin II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb.
"Report" xəbər portalının verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmmədquliyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Mahmud Məmmədquliyev 1949-cu ilin fevral ayının 15-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub. 1974–1993-cü illərdə müxtəlif dövlət orqanlarında xidmət edib. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini olub. 1993-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini təyin edilib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olub.
15 fevral 2019-cu ildə onun 70 yaşı tamam olur.
MənbəEdit
- M.Ə.Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı — President.az, 14 fevral 2019
- Mahmud Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib — Report.az, 14 fevral 2019