Wn/az/MEK-ə “Dünya soyqırımlarının tarixi” kitabı daxil olub

< Wn‎ | az
Wn > az > MEK-ə “Dünya soyqırımlarının tarixi” kitabı daxil olub

MEK-ə “Dünya soyqırımlarının tarixi” kitabı daxil olub

14 fevral 2019, Cümə axşamı

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) araşdırmaçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavinin Anar Turanın “Dünya soyqırımlarının tarixi” kitabı daxil olub. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin ilk layihəsi çərçivəsində nəşr edilib. Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda tariximizin XX əsrdə ən keşməkeşli dövrlərinin acı nəticələri - 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı, 1992-ci ildə bəşəriyyətin gözü qarşısında törədilmiş Xocalı soyqırımı dünyanın müxtəlif xalqlarına qarşı Srebrenitsa, Ruanda, Namibiya, Kamboca, Oradur, Tasmaniya, Amerika dəhşətləri ilə paralel şəkildə işıqlandırılıb. Müəllifin faktoloji cəhətdən zənginliyi ilə seçilən bu monoqrafiyası ingilis, fransız, rus, türk mənbələrinə əsaslanaraq hazırlanıb. Yeni nəşrin əsas özəlliklərindən biri də odur ki, dünya soyqırımlarına ilk dəfə kompleks şəkildə toxunulub. Daha bir üstünlüyü isə Azərbaycan dili ilə yanaşı, əsas beynəlxalq dillərdən sayılan ingilis dilində tərcümə olunmasıdır. İngilisdilli versiya əsasən xarici ölkələrdəki diaspor təşkilatları, diplomatik korpuslarımız, beynəlxalq təşkilatlar və xarici dövlətlərin məşhur universitetlərinin kitabxanaları üçün nəzərdə tutulub. Nəşrin ingilis dilinə tərcüməsini Ceyhun Bayramlı edib. Kitabın rəyçiləri tarix üzrə elmlər doktoru, professorlar Anar İsgəndərov, Qafar Cəbiyev və Kamil İbrahimovdur. Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.[1]

Mənbə edit

  1. MEK-ə “Dünya soyqırımlarının tarixi” kitabı daxil olub