Wn/az/MDU-da azərbaycanlı tələbənin Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş diplom işinin müdafiəsi keçirilib

< Wn‎ | az
Wn > az > MDU-da azərbaycanlı tələbənin Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş diplom işinin müdafiəsi keçirilib


26 may 2011, Cümə axşamı

M.V. Lomonosov adına MDU-nun tarix fakültəsində tələbə Ülkər Mehdiyevanın Rusiyadakı Azərbaycan diasporunun gənclər və təhsil layihələrinin inkişafı kontekstində Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş diplom işinin müdafiəsi keçirilib.

Bu, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin və fədakar fəaliyyəti Rusiya ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli möhkəmlənməsinə yardım edən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyətinin əsas aspektlərinə toxunan ilk işdir.

Ülkər Mehdiyevanın diplomu opponentlərin ən yüksək qiymətini alıb. Yaxın vaxtlarda MDU-nun tarix fakültəsində RF ilə Azərbaycan arasında əlaqələrin müxtəlif aspektlərinə həsr edilmiş daha bir neçə diplom müzakirə olunacaq.

Bu tədqiqatların elmi rəhbəri MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasovdur.

Mənbə edit