Wn/az/Müəmmar Qəzzafinin iqamətgahı yerləşən ərazi hədəf alınıb

< Wn‎ | az
Wn > az > Müəmmar Qəzzafinin iqamətgahı yerləşən ərazi hədəf alınıb


25 aprel 2011, Bazar ertəsi

NATO hərbi təyyarəsinin paytaxt Tripolidə Liviya lideri Müəmmar Qəzzafinin iqamətgahı olan ərazini hədəf alarkən azı bir binanın sıradan çıxdığı xəbər verilir. Bu gün paytaxtın mərkəzində yerləşən Bab əl-Əziziyə yaşayış kompleksinə azı iki raket hücumu edilib. Liviya rəsmiləri hücum zamanı 45 nəfərin yaralandığını, bəzilərinin isə itkin düşdüyünü bildirir. Təhlükəsizlik işçilərinə aid saydda isə 4 nəfərin xəsarət aldığını deyilir. Hədəf alınan binada nazirlər və digər rəsmiləin yığıncaqları keçirilir. Hücumlar zamanı Müəmmar Qəzzafinin harada olduğu məlum deyildi.

Mənbə edit