Wn/az/II Elizabet dünyasını dəyişib

< Wn‎ | az
Wn > az > II Elizabet dünyasını dəyişib

Template:Wn/az/Şəkil

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının monarxı II Elizabet dünyasını dəyişib.

Rəsmi Birləşmiş Krallıq mənbələri, o cümlədən hökumət və onun mərkəzi olan Bukinqem sarayının məlumatlarına görə, 8 sentyabr 2022 tarixində Böyük Britaniya lokal vaxtıyla səhər saatlarında sağlamlığı pisləşən kraliça II Elizabet günorta saatlarında dünyasını dəyişib.

Açıqlamalara görə, ülyahəzrət Şotlandiyanın Balmoral qalasında tibbi müşahidə altında olarkən vəfat edib.

O, həmin gün Birləşmiş Krallığın yeni baş naziri Liz Trasa hökumət qurma səlahiyyətini vermişdi.

Ülyahəzrətin 1952-dən bəri, yəni 70 ildir davam etdirdiyi vəzifəsinin xələfi isə onun oğlu III Çarlzdır.

Hadisənin xəbərini bütün qlobal kütləvi informasiya vasitələri geniş şəkildə yayımlayıb.

Böyük Britaniyada 10 günlük matəm elan olunmuşdur.

Tezliklə Birləşmiş Krallıq himninin Tanrı Kraliçanı Qorusundan Tanrı Kralı Qorusuna dəyişdirilməsi və əsginaslar üzərindəki şəkillərin yenilənməsi gözlənilir.