16 iyun 2018, Şənbə
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə III Heydər Əliyev Kubokuna yekun vurulub. 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” olub.Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazanıb. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxıb. Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutub. Bürünc medallara isə “Zaqatala” yiyələnib. Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qalıb.
3-cü tur
15 iyun
Zaqatala - Şüvəlan 2:2 Qollar: Nicat Muxtarov, 29. Sərxan Abdullayev, 60 - Rəhman Musayev, 34; 74-pen.
Araz Naxçıvan - MOİK 2:2
Qollar: Nuran Qurbanov, 40. İlqar Ələkbərov, 70 - Əli Banişevski, 7. Fərmayıl Əliyev, 48.