Wn/az/Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
28 sentyabr 2020, Bazar ertəsi
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 28 sentyabr 2020, 11:35 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti[1]
Bakı şəhəri, 28 sentyabr 2020-ci il.