Wn/az/Gömrükçülər külli miqdarda brilyant qaşlar götürüb

< Wn‎ | az
Wn > az > Gömrükçülər külli miqdarda brilyant qaşlar götürüb

Gömrük Komitəsi briliyant qaşların qanunsuz yolla ölkəyə gətirildiyini bildirir

Azərbaycan gömrükçüləri ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşların qanunsuz yolla ölkəyə gətitilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin məlumatında deyilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının ayaqqabısında gizlədilmiş 26 ədəd bükümdə müxtəlif həcmli və formalı qaşlar aşkarlayıb.

“Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşlardır”, məlumatda qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə edit

Amerikanın Səsi