Wn/az/Filip Qordon Azərbaycanın işğal olunmuş əraziləri üzərindən uçuşlarla bağlı mövqeyini konstruktiv adlandırır
21 aprel 2011, Cümə axşamı
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Filip Qordon Dövlət katibi Klintonun NATO–da görüşləri ilə bağlı birinfiq zamanı Azərbaycanın işğal olunmuş əraziləri üzərindən mülki uçuşlara dair Ermənistan televiziyasının müxbirinin sualını cavablandırıb.
"Biz bu kimi təhdidləri eşitmişik və mövqeyimizi tez və aydın şəkildə bildirmişik ki, mülki təyyarənin orada, ya da hər hansı bir başqa kontekstdə vurulması ilə bağlı hədələr qəbulolunmazdlr və edilməməlidir. O vaxtdan, biz də, Minsk qrupunun həmsədrləri də Azərbaycanın bunu etmək niyyəti olmadığını müşahidə etmişik. Bu da məsələ ilə bağlı yeganə konstruktiv yoldur" deyə Filip Qordon bildirib.
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bundan öncə Birləşmiş Ştatların işğal olunmuş ərazilər üzərindən uçuşlarla bağlı Azərbaycanın mövqeyindən razı olduğunu bildirib. Səfir Brayza ABŞ-ın bütün problemlərin danışıqlar yolu ilə həlli tərəfdarı olduğunu bəyan edib.
Ermənistan tərəfi may ayında Xankəndidə aeroport açmağı planlaşdırır. Azərbaycan Ermənistanın işğal etdiyi ərazilər üzərindən mülki uçuşlar üçün təhlükənin, habelə hərbi münaqişə zonası və Azərbaycan hakimiyyətinin nəzarətindən müvəqqəti kənarda olan zonada təxribat törədilməsinin mümkünlüyünün qalmaqda olduğun Beynəlxalq Mülki Aviasiya Təşkilatı və başqa beynəlxalq təşkilatların diqqətinə çatdırıb.