Wn/az/Emiliano Salanın ölümünü ələ salan azarkeşlər polis nəzarətinə götürülüb

< Wn‎ | azWn > az > Emiliano Salanın ölümünü ələ salan azarkeşlər polis nəzarətinə götürülüb

12 fevral 2019, Çərşənbə axşamı

"Kardiff Siti" klubu ilə müqavilə imzalamış, ancaq yeni klubunda debütünü keçirməmiş argentinalı hücumçu Emiliano Sala 2019-cu ilin yanvar ayında La-Manş boğazından keçərkən təyyarə qəzasında həlak olmuşdu. İki "Sauthempton" futbol klubu azarkeşi 9 fevral 2019-cu ildə iki komanda arasında keçirilən futbol matçında Emiliano Salanın ölümünə hörmətsizlik edərək onu lağa qoyduqlarına görə polis nəzarətinə götürülüb.

Matçın birbaşa efiri sona çatdıqdan sonra sosial şəbəkələrdə hadisənin videoları paylaşılıb. Həmin iki azarkeş əl hərəkətləri ilə uçan bir təyyarəni təsvir edirdilər.

Təyyarənin pilotu olan Deyvid İbbotsonun meyiti hələ də aşkar edilməyib.

"Sauthempton" komandasının rəsmiləri həmin iki azarkeşin polis nəzarətinə götürüldüyünü təsdiqləyib və onların növbəti matçlarda iştirakının qadağan ediləcəyi vədini verib. "Sauthempton" komandasının rəsmiləri "Agence France-Presse" informasiya agentliyinə verdiyi açıqlamada "klubumuz "Kardiff" azarkeşlərinə qarşı nalayiq əl hərəkətləri göstərən fərdləri tapmaq üçün Hempşayr şəhər polisi ilə əməkdaşlıq edəcəyik" deyiblər.

Emiliano Salanın meyiti ictimaiyyət verdiyi maddi dəstəklə onun ailəsi tərəfindən başladılmış özəl axtarış əməliyyatı nəticəsində tapılmışdır.

MənbəEdit