Wn/az/Elvin Sərkərov "Daoqavpils" futbol klubuna transfer edilib

< Wn‎ | az
Wn > az > Elvin Sərkərov "Daoqavpils" futbol klubuna transfer edilib

26 fevral 2019, Çərşənbə axşamı

"Daoqavpils" yarımmüdafiəçi transferi reallaşdırıb. Klub Azərbaycan Premyer Liqasında (və ya Topaz Premyer Liqası) çıxış edən "Neftçi"nin müdafiəçisi Elvin Sərkərovu transfer edib. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi"yə ödəniləcək.

Azərbaycanlı müdafiəçi peşəkar karyerasında ilk dəfə "Neftçi" (2018) klubunda çıxış edib. O, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli futbol komandasında (2015–2018) da çıxış edib. 22 yaşlı müdafiəçi hal-hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli futbol komandasında (2018–h.h.) çıxış edir.

Elvin Sərkərov Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə cəmi altı oyunda meydana çıxıb. Ondan əvvəl bu kluba daha bir azərbaycanlı futbolçu – Tural Bayramlı keçmişdi. Bu klubda həmçinin Azərbaycan milli futbol komandasının hücumçusu, Latviya vətəndaşı Vüqar Əsgərov da çıxış edir.


Mənbə edit