Wn/az/Donald Tramp İrli Litsenbergeri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təklif edib

< Wn‎ | azWn > az > Donald Tramp İrli Litsenbergeri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təklif edib


Bookmark-new.svg

5 sentyabr 2018, Çərşənbə

ABŞ prezidenti Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, İrli Litsenberger karyeralı diplomatdır və hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Bundan əlavə, D.Tramp Con Pommerşeymi ABŞ-ın Tacikistandakı səfiri vəzifəsində təklif edib. C.Pommerşeym karyeralı diplomatdır və hazırda ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir. C.Pommerşeym rus, alman, yapon və çin dillərini bilir.