Wn/az/Dünya Çempionatı-2018: Mundialla vidalaşan ilk komanda müəyyənləşib

< Wn‎ | az
Wn > az > Dünya Çempionatı-2018: Mundialla vidalaşan ilk komanda müəyyənləşib

Dünya çempionatının B qrupu çərçivəsində ikinci matçını Portuqaliyaya qarşı keçirən Mərakeş yenə minimal hesablı məğlubiyyətə uğrayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla Renar Hervenin yetirmələri mundialla vidalaşan ilk komanda olub. Birinci görüşdə İrana, bu gün isə Portuqaliyaya eyni hesabla (0:1) yenilən mərakeşlilər üçün son tur formallığa çevrilib. Komandanın İspaniya üzərində istənilən hesablı qalibiyyətin belə, nəticəsi olmayacaq.

Mənbə edit

DÇ-2018: Mundialla vidalaşan ilk komanda müəyyənləşib