19 avqust 2011, Cümə

- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi tərəfindən ölkənin qədim yaşayış məntəqələrindən olan Quba rayonunda kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır.
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun əməkdaşları tərəfindən Xınalıq kəndinə aid Zanqar ərazisində qədim yaşayış məntəqəsi və Xınalıq kəndinə aid Zangar ərazisində 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin verdiyi məlumata görə tapıntıların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.
İdris Əliyev tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyir. Həmin Kurqan tədqiq olunmuş və Xınalıq kəndinə aiddir.
Qeyd edək ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. İdris Əliyev tezliklə mağaralarda arxeoloji qazıntıların aparılacağını bildirib.