Wn/az/Bolqarıstanda 17 nəfərin öldüyü yol qəzasından sonra üç nazir istefa verib

< Wn‎ | az
Wn > az > Bolqarıstanda 17 nəfərin öldüyü yol qəzasından sonra üç nazir istefa verib

Bolqarıstanın baş naziri Boyko Borisov 17 nəfərin həyatına son qoyan avtobus qəzasından sonra nəqliyyat naziri İvaylo Moskovskinin, regional inkişaf naziri Nikolay Nankovun və daxili işlər naziri Valentin Radevin istefa verməsini tələb edib. “Bütün siyasi məsuliyyəti qəbul edir və istefa veririk. Görünür, işimizin öhdəsindən lazımınca gələ bilməmişik ki, belə faciəvi qəza baş verib”, – V.Radev mətbuat konfransında bildirib. Bu konfransda N.Nankov da iştirak edib.

Daha əvvəl müxalifət qəzanın birbaşa ölkədə hökm sürən korrupsiya mühitinin nəticəsi olduğunu iddia edərək B.Borisovun bütün hökumətini istefaya çağırıb.

Qeyd edək ki, yol qəzası avqustun 25-də Sofiya bölgəsində baş verib. Sərnişinlərinin əksəriyyəti yaşlı insanlar olan və ekskursiyadan qayıdan avtobus hələlik məlum olmayan səbəblərdən yoldan kənara çıxaraq aşıb. Qəza nəticəsində 17 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

Mənbə

edit