2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstan Azərbaycandan təbii qaz almağa başlayacaq. Bunu Bolqarıstanın baş naziri Boyko Borisov hökümətin iclası zamanı deyib.
Nazir bildirib ki, "Bulgargaz" şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə görə, Bolqarıstana 25 il müddətində illik 1 milyard kubmetr təbii qaz tədarük olunacaq.
Nazir onu da qeyd edib ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan vasitəsilə nəql ediləcək.
Biznes Post bildirir ki, Bolqarıstan təbii qazı gələn ilin oktyabrına qədər Trans-Adriatik boru kəmərini (TAP) Yunanıstan qaz-nəqliyyat sistemi ilə bağlayan "Kulata" müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək.