Xəbərə görə, ispaniyalı ulduzun 2012-ci ilin sonunadək qüvvədə olan anlaşması qarşılıqlı razılıq əsasında pozulub. 35 yaşlı hücumçuya illik əmək haqqının yarısı – 1 milyon 350 min avro ödənilib. Quti Ernandes “Beşiktaş”a 2010-cu il iyulun 26-da gəlib. O, “qara qartallar”ın heyətində 30 oyunda 11 qol vurub.