Wn/az/Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi

< Wn‎ | az
Wn > az > Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi

16 fevral 2019, Şənbə

Bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikasıtamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında (MGA) baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, UkraynaÖzbəkistanın bayraqları nümayiş olunub.

Açılış sözü ilə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda daha bir idman bayramının reallaşacağını deyib: "Dünyanın ən güclü gimnastları Bakıda toplaşıb. Azərbaycan bütün idman növləri üzrə yarışları ən yüksək səviyyədə keçirməyə qadir ölkədir. Buna misal kimi "[Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1"i göstərmək olar. Bu ildə ölkəmizdə bir çox mötəbər yarışlar olacaq".

Azərbaycan Dövlət Himninin səsləndiriliməsindən sonra yarış açıq elan edilib.

AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunun açılış mərasiminin ardından yarışa start verilib.

Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışın ilk günü təsnifat mərhələləri, ikinci günü isə saat 12:00-dan etibarən final mərhələləri baş tutacaq və "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.

Mənbə edit