Wn/az/Bakı metrosunda 4 stansiyada işıqlar söndü

< Wn | az
Wn > az > Bakı metrosunda 4 stansiyada işıqlar söndü

11 may 2019, Şənbə

“Bakı Metropoliteni”nin 4 stansiyasında texniki problem yaranıb. Bizimyol.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 yanvar” stansiyalarının daxili işıqlanmasında problem yaranıb: “Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldırılıb və qatarlar normal qrafiklə hərəkət edir”.

B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.

Mənbə

edit

Bakı metrosunda 4 stansiyada işıqlar söndüBizimyol.info, 23 aprel 2019