14 fevral 2019, Cümə axşamı
Azərbaycan xəbərləri
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycanın yerləşdiyi ərazi
Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
14 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə "Report" xəbər portalına Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusla toqquşub. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.
Mənbə
edit- Tural İbadlı. Bakıda marşrut avtobusunun iştirakı ilə qəza baş verib — Report.az, 14 fevral 2019