Wn/az/Bakı-Surqut təyyarəsi Ufada təcili eniş etdi

< Wn‎ | az
Wn > az > Bakı-Surqut təyyarəsi Ufada təcili eniş etdi

Bakı-Surgut marşrutu üzrə uçan “ЮТэйр” (“Utair”) aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib. Bizimyol.info-un Trend-ə istinadən məlumatına görə, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib:

“Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib”.

T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.

Mənbə edit