Wn/az/Azərbaycanda avtobusda siqaret çəkmək qadağan edildi

< Wn‎ | azWn > az > Azərbaycanda avtobusda siqaret çəkmək qadağan edildi


Bookmark-new.svg

27 aprel 2011, Çərşənbə

Bundan sonra Azərbaycanda şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmək olmaz.

Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na dəyişiklik edilib.

Qurumun qəbul etdiyi qərara əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmək qadağan edilib.

Bu qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qəbul olunub.

MənbəEdit