Wn/az/Azərbaycan milli futbol komandası FİFA milli komandaların reytinq cədvəlində iki pillə geriləyib (2019, iyun)

< Wn‎ | az
Wn > az > Azərbaycan milli futbol komandası FİFA milli komandaların reytinq cədvəlində iki pillə geriləyib (2019, iyun)

14 iyun 2019, Cümə

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Milli komandamız siyahıda iki pillə geriləyib.

İndi yığma kollektiv Bəhreynlə birlikdə 110-111-ci pillələri bölüşdürür. Macarıstan və Slovakiyaya Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətlər milli komandamızı geri salıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv həm də 14 reytinq balı itirib. Milli komandanın 1188 balı var. Hazırda siyahıda 110-cu yerdəyik. Gürcüstan 94, Ermənistan isə 97-ci yerdədir.

Mənbə edit