Wn/az/Azərbaycan martın 25-də yay vaxtına keçəcək

< Wn‎ | az
Wn > az > Azərbaycan martın 25-də yay vaxtına keçəcək


1 mart 2012, Cümə axşamı

Martın 24-dən 25-ə keçən gecə Azərbaycan yay vaxtına keçəcək. Daha dəqiq desək, mart ayının son bazar günü - mart ayının 25-də, saat 4:00-da əqrəblərin 1 saat irəli çəkilməsi ilə Azərbaycan yay vaxtına keçəcək. Azərbaycanda "yay-qış" mövsümünə keçidin ləğv olunması ilə bağlı müzakirələrə gəldikdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bu hələlik bir təklifdir. Saatların dəyişilməsi Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarına əsasən həyata keçirilir. Bu qərar hələ ki, qüvvədədir.

Mənbə edit