Wn/az/Azərbaycan alimlərinin II qurultayı bu ilin sonunda keçiriləcək

< Wn | az
Wn > az > Azərbaycan alimlərinin II qurultayı bu ilin sonunda keçiriləcək

17 fevral 2019, Bazar

Azərbaycan alimlərinin II qurultayı bu ilin sonunda keçiriləcək

  • Bu ilin sonunda Azərbaycan alimlərinin II qurultayının keçirilməsi nəzərdə tutulur.
  • AMEA-nın prezidenti akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında bildirib ki, qurultayda Azərbaycan elminin bugünkü innovativ vəziyyəti əsas leytmotiv kimi irəli sürüləcək və onun bütün istiqaməti tətbiqi elmə həsr olunacaq. Qurultayda innovativ elmin inkişafı məsələləri, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlar müzakirə ediləcək. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək. Artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanılıb.
  • Xatırladaq ki, Azərbaycan alimlərinin I qurultayı 2014-cü il dekabrın19-da Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub.

İstinad

edit