Wn/az/Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib

< Wn‎ | az
Wn > az > Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib

13 fevral 2019, Çərşənbə

13 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. O, muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verildi ki, bu muzey 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. 2018-ci ildə yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1.050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik "dəyirmi masa" zalı, bir texniki otaq var. Muzeydə həm Azərbaycanın, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu muzeydə 6.087 adda eksponat mövcuddur. Muzeyin fondunda və kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir.

Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir. Daha sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib. "AZƏRTAC" informasiya agentliyinin verdiyi məlumata görə, rayon sakinləri İlham Əliyevi hərarətlə qarşılayıblar.

Mənbə edit