Wn/az/Azərbaycan Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib

< Wn | az
Wn > az > Azərbaycan Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib

14 aprel 2011, Cümə axşamı

Azərbaycan milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyev vəzifəsindən azad edilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev nazir müavini, general-mayor Əli Nağıyevin prezident İlham Əliyevin 11 aprel tarixli sərəncamı ilə tutduğu vəzifədən azad edildiyini deyib.

Nazir müavinin vəzifədən azad edilməsinin səbəbləri və onun yerinə kimin təyin edilməsi barədə məlumat verilmir. Eyni zamanda, nazir müavinin vəzifədən azad edilməsi ilə bağlı prezident sərəncamı hər hansı rəsmi mətbuatda dərc edilməyib.

Mənbə

edit