Wn/az/Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi hissəsində təntənəli mərasim keçirilib

< Wn | az
Wn > az > Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi hissəsində təntənəli mərasim keçirilib

14 fevral 2019, Cümə axşamı

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsində HHQ-nin 27-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Polkovnik Elşad Pənahov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

Polkovnik Elşad Pənahov təntənəli mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Mənbə

edit