Wn/az/Azərbaycanın xalq rəssamı Altay Hacıyev 87 yaşında vəfat edib

< Wn‎ | az
Wn > az > Azərbaycanın xalq rəssamı Altay Hacıyev 87 yaşında vəfat edib

13 fevral 2019, Çərşənbə

Azərbaycanın xalq rəssamı Altay Hacıyev 12 fevral 2019-cu il tarixində vəfat edib.

"AZƏRTAC" informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Altay Hacıyevın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Altay Hacıyev 1931-ci ildə Bakı şəhərində, rəssam Əmir Hacıyevin ailəsində anadan olub. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. Altay Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif təltif olunub. Altay Hacıyev 2003-cü ildə Prezident təqaüdçüsü olub.

Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub, ancaq çoxlu beynəlxalq sərgilərdə və simpoziumlarda iştirak edib. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Mənbə edit