9 avqust 2011, Çərşənbə axşamı
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
1992-ci ildən Rusiyada məcburi mühacirətdə olan Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün avqustun 8-i axşam saat 20:00-da[1][2] Moskvadan Bakıya gəlib. O, Bakı hava limanında birbaşa Mərdəkan qəsəbəsindəki evinə gedib. Eks-prezident mediaya hər hansı açıqlama verməyib.
Cənab Mütəllibovun Bakıda neçə gün qalacağı məlum deyil. Qeyri-rəsmi mənbələrin məlumatına görə, eks-prezidentin ölkəyə buraxılmasına yüksək siyasi rəhbərlik, konkret olaraq ölkə başçısı İlham Əliyev icazə verib[3].
Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkib. Yas mərasimi avqustun 9-da saat 11-də Bakıdakı Təzə Pir məscidində keçirilib. Elə həmin gün Yasamal qəbiristanlığında olunub.
ASDP həmsədri Araz Əlizadə Azad Mütəllibovun 1 ildən artıq müddətdə ağır xəstəlik dövrü keçirdiyini deyib və Heydər Əliyev Fondunun onun müalicəsinə yardım göstərdiyini vurğulayıb. Araz Əlizadə bildirib ki, mərhumun 7-nə qədər Ayaz Mütəllibovun ölkədə qalmasını təmin etməyə çalışırlar. ASDP sədri dövlət başçısına və onun xanımı Mehriban Əliyevə özünün və Ayaz Mütəllibovun adından təşəkkür etdiyini bildirib[4].
Qeyd edək ki, Azərbaycan hakimiyyəti Ayaz Mütəllibovu 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya daxil olmasında və Xocalı soyqırımı zamanı mülki əhaliyə kömək göndərməməkdə ittiham edir. Ona qarşı cinayət işi qaldırılıb və indiyədək bağlanmayıb.
Yerli medianın məlumatına görə, rəsmi Bakı Ayaz Mütəllibovun və xanımının dəfn mərasimi ilə əlaqədar Bakıya gəlməsinə icazə verib. O, 1992-ci ildən indiyədək Bakıya gələ bilməyib. Belə ki, A.Mütəllibov bir neçə il əvvəl öz atasının dəfnində də iştirak edə bilməyib.