27 iyul 2019, Şənbə
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycanın Müdafiə Nazirliyi iyulun 24-də qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə tədbirlərin davam etdirildiyini bildirir. Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.[1]
Cümə axşamı günü Müdafiə Nazirliyi qəzaya uğramış təyyarənin, ilkin ehtimala görə, Xəzər dənizinə düşdüyü barədə məlumat yayıb: "Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir", - Müdafiə Nazirliyinin iyulun 27 yaydığı məlumatda deyilir.
Bundan əvvəl MiG-29-un tapılması barədə məlumatlar yayılsa da, onlar öz rəsmi təsdiqini tapmadı. Hərbi təyyarəni idarə edən pilotun axtarışı üzrə tədbirlər davam etdirilir, cümə axşamı günü Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya bildirib.
Hərbi Prokurorluq Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması ilə bağlı "qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə" maddəsi ilə cinayət işi başladıb. Qurumdan verilən məlumata görə, hadisə yerində araşdırma aparılır və Azərbaycanın Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev hadisə yerinə gedib.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır.[2] 20 avqustda pilot Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin bütün qalıqları tapılaraq dənizdən çıxarılıb.[3] İnternetdə yayılan məlumatlara görə təyyarənin qara qutusu araşdırma üçün Rusiyaya göndərilib.[4]