8 mart 2019, Cümə
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
INFE (International Network of Fans of Eurovision / Avroviziya Fanlarının Beynəlxalq Şəbəkəsi), nəhayət ki, Azərbaycanı "Avroviziya-2019" beynəlxalq musiqi yarışmasında təmsil edəcək iştirakçının adını açıqlayıb. Ölkəmizi mötəbər musiqi müsabiqəsində gənc və istedadlı ifaçı Çingiz Mustafayev təmsil edəcək.
İfaçı yarışmada onun üçün yazılan “Truth” mahnısını Avropa səhnəsində səsləndirəcək. Mahnıya çəkilmiş klip isə, Ukraynada lentə alınıb.
64-cü "Avroviziya-2019" musiqi musabiqəsi sayca üçüncü dəfə İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək. "Ekspo" Mərkəzdə baş tutacaq yarışmanın 1-ci yarımfinalı mayın 14-ü, 2-ci yarımfinalı mayın 16-sı, final isə mayın 18-i keçiriləcək.
"Avroviziya-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et"dir). Ötən il İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən yarışmada qalib olub.
Mənbə
edit- Azərbaycanın “Eurovision-2019” təmsilçisi məlum oldu — Bizimyol.info, 8 mart 2019
- Azərbaycanın "Eurovision-2019" təmsilçisi məlum oldu — Oxu.az, 8 mart 2019