13 fevral 2012, Bazar ertəsi

Azərbaycan xəbərləri
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
Azərbaycanın yerləşdiyi ərazi
Dünən Bakıda 2012 Avroviziya Mahnı Müsabiqəsi milli seçim turlarının final konsertində Azərbaycanın təmsilçisinin adı müəyyənləşmişdir. Azərbaycanı bu prestjli musiqi tədbirində müğənni Səbinə Babayeva təmsil edəcək.
Azərbaycanın təmsilçisinin seçilməsi 3 ay davam edib. Finalda beş iştirakçı yarışıb:
- Orxan Kərimli;
- Elton İbrahimov;
- Arzu İsmayılova;
- Fəqan Cəfərov;
- Səbinə Babayeva.
Azərbaycan ötən il Eldar Qasımov və Nigar Camal Ell/Nikki duetinin Düsseldorf şəhərində keçirilən 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasından sonra Avropanın populyar musiqi tədbirinə ev sahibliyi etmək hüququnu qazanıb.
2012 Avroviziya Mahnı Müsabiqəsi may ayının 22-dən 26-a qədər Bakı şəhərində keçiriləcək. Bu ilki müsabiqə “Light you Fire” şüarı altında keçirilir.