Wn/az/Aprel döyüşlərinin 3-cü il dönümünə həsr olunmuş marka hazırlanıb

< Wn‎ | az
Wn > az > Aprel döyüşlərinin 3-cü il dönümünə həsr olunmuş marka hazırlanıb

4 aprel 2019, Cümə axşamı

1533 nömrəli marka

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən "Aprel döyüşləri-2016. Lələ Təpə" adlı poçt markaları və Birinci gün zərfləri hazırlanıb.

Kiçik vərəq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və "Zəfər" İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın yaxından iştirakı ilə hazırlanmış markalar işğal olunmuş Dağlıq Qarabağ ərazisində 1-5 aprel 2016-cı il tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib.

Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələ Təpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub.

Səkkiz markadan ibarət kiçik vərəq şəklində hazırlanmış markaların rəssamı Nəriman Məmmədzadədir. Markalar Belarus Respublikasının Bobruysk şəhərində, A.T. Nepoqodin adına mətbəədə 24 000 tirajla (8 markadan ibarət 3000 kiçik vərəq) çap olunub. Bir markanın ölçüsü 40x28 mm, vərəqin ölçüsü 98x130 mm-dir.