Wn/az/Angela Merkel Azərbaycanda

< Wn‎ | az
Wn > az > Angela Merkel Azərbaycanda

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın kansleri Angela Merkeli hava limanında Azərbaycan prezidenti İlham Əliyev, baş nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verib. Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamlayıb.

Almaniya Federativ pespublikasının və Azərbaycan pespublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan pespublikasının dövlət və hökumət nümayəndələri kansler Angela Merkelə, Almaniya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkelin qarşısından keçib.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Hər iki tərəf görüşdə çıxış edib. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə edit