Wn/az/Amerika türkləri prezident Obamanı aprelin 24-ü "soyqırım" sözünü işlətməməyə çağırır
21 aprel 2011, Cümə axşamı
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 20 September 2019: Wn/az/NASA robotu Marsa endi
- 20 September 2019: Wn/az/NASA kainatın yaranmasını araşdıracaq
- 20 September 2019: Wn/az/Gələcəyin iqlim proqnozu
- 10 July 2019: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
Amerika türklərinin şəbəkəsi prezident Obamaya və Ağ Evə məktub göndərərək, ABŞ prezidentini aprelin 24-ü açıqlayacağı bəyanatında soyqırım sözünü işlətməməyə çağırır.
Məktublar ABŞ Konqresinin üzvlərinə də göndərilib. Məktubda Amerikada yaşayan türk icmasının üzvləri aprelin 24-nün erməni soyqırımı günü adlandırılmasına etirazlarını bildirir. Burada deyilir ki, baş vermiş digər faciəli hadisələrdən fərqli olaraq, ermənilərin iddia etdiyi soyqırım ətrafında qızğın mübahisə yaranmış, bu iddialar ABŞ-ın federal məhkəmələri tərəfindən rədd edilmiş və BMT-nin məhkəmələri tərəfindən heç zaman qəbul edilməmişdir. Məktubda göstərilir ki, Osmanlı arxivlərinə əsasən, 1910-1922-ci illər arasında erməni hərbçiləri 523 000 türkü qətlə yetirib.
ABŞ prezidentləri hər il aprelin 24-də Osmanlı imperatoruluğu dövrü ermənilərin qətllərini qınayan qətnamə ilə çıxış edir. Lakin prezidentlər adətən qətlləri soyqırım kimi qiymətləndirməkdən çəkinir. Amerikadakı erməni icması illərdir ABŞ prezidentləri və Konqres üzvlərini qətlləri soyqırım kimi tanınmağa çağırır. Türkiyə isə xəbərdarlıq edib ki, hadisələrin rəsmi olaraq soyqırım kimi tanınması ABŞ-la ikitərəfli münasibətlərə böyük zərər vura bilər.