Wn/az/Alp dağlarında qədim balıq tapıldı

< Wn‎ | az
Wn > az > Alp dağlarında qədim balıq tapıldı

5 mart 2019, Çərşənbə axşamı

Alp dağlarında daha üç balıq növü tapılıb. Tapıntı haqda Münhen Universitetinin saytı məlumat verib. Eosemionotus nəslindən olan balıqların təxminən 240 milyon yaşı var.

Tapıntı İsveçrənin italyanlar yaşayan Tiçino bölgəsində qeydə alınıb. Tədqiqatçılardan Lopes Arbarello deyir ki, bu növün üzə çıxması elm üçün çox vacibdir. Bu həm də 250 milyon il əvvəl bir çox növlərin məhv olmasının səbəblərini araşdırmağa kömək edəcək.

Eosemionotus nəslindən olan balıqları ilk dəfə 1906-cı ildə Berlində qeydə almışdılar. Bundan təxminən 100 il sonra – 2004-cü ildə məhz Tiçinoda daha bir növ üzə çıxmışdı. Ümumiyyətlə, bu bölgə paleontoloqlara xeyli material verir.

Mənbə edit