Azərbaycan Respublikasının Prezident Administrasiyası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə "Wikipedia" virtual ensiklopediyası ilə bağlı məktub göndərib. Bu məlumat AMEA Rəyasət Heyətinin yanvarın 15-də keçirilən iclasında açıqlanıb.
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Bildirilib ki, məktub Prezident Administrasiyasından AMEA Rəyasət Heyətinə 2013-cü il dekabrın 17-də göndərilib. Məktubda "Wikipedia" virtual ensiklopediyasının dünyadakı populyarlığı, əhəmiyyəti vurğulanıb, Azərbaycanın dünyada daha geniş tanıdılması, düzgün təbliği istiqamətində bu resursun geniş potensial imkanlara malik olduğu göstərilib. Bununla belə, məktubda qeyd olunub ki, Azərbaycan "Wikipedia"da lazımi səviyyədə təmsil olunmur, bu resursda ölkəmizlə bağlı reallığa uyğun elmi məlumatlar yetərli deyil.
Məktubda AMEA-nın müvafiq institutlarında "Wikipedia" üzrə xüsusi qrupların yaradılmasının zəruriliyi ifadə olunub, bu qrupların fəaliyyət istiqamətləri müəyyən edilib. Həmçinin göstərilən istiqamətdə görülən işlərin nəticələri ilə bağlı iki ay müddətində Prezident Administrasiyasına məlumat vermək xahiş olunub.
AMEA Rəyasət Heyətinin yanvarın 15-də keçirilən iclasında qərara alınıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri viki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsində, onların qorunması və inkişafında fəal iştirak etsinlər.
Qərara əsasən, elmi-tədqiqat müəssisələrində daimi fəaliyyət göstərən viki-qruplar təşkil olunacaq, əhalinin viki-mühitdə gedən proseslər barədə maarifləndirilməsi, bu virtual məkanda aktiv fəaliyyətinin stimullaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Həmçinin elmi müəssisə və təşkilat əməkdaşlarının "Wikipedia" layihələri üzrə fəaliyyət göstərmələri üçün zəruri olan biliklərə dair təlim kursları təşkil olunacaq.
Qərarda vikimetrik araşdırmalara, mövcud problemlərin həllinə diqqəti artırmaq, elmi konfrans və seminarlar təşkil etmək, viki-mühitdə Azərbaycanla bağlı kontentin vəziyyətinə dair fasiləsiz və operativ monitorinqlər keçirmək də tapşırılıb. AMEA Mərkəzi Elmi Kitabxanası və “Elm” nəşriyyatına kitabların, jurnalların və digər çap materiallarının elektron resurslarının "Wikipedia" ensiklopediyasına daxil edilməsinə dair göstərişlər verilib.
Mənbə
edit- “Wikipedia” məsələsi: Prezident Administrasiyası məktub göndərib, AMEA qərar çıxardı.
- AMEA-nın müvafiq institutlarında viki-qruplar təşkil olunacaq
- “Wikipedia” ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafı alimlərin üzərinə düşən mühüm vəzifələrdəndir”.