12 mart 2019, Çərşənbə axşamı
- 10 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 10 February 2025: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
- 10 February 2025: Wn/az/ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib
- 10 February 2025: Wn/az/Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib
- 10 February 2025: Wn/az/Donald Tramp 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib
- 10 February 2025: Wn/az/ABŞ Venesueladakı diplomatik heyətini geri çəkib
- 10 February 2025: Wn/az/İlham Əliyev Venesuelanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
- 10 February 2025: Wn/az/Venesuela Kolumbiya ilə sərhədə qoşun yerləşdirdi
- 10 February 2025: Wn/az/Nikolas Maduro höküməti ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır
11 mart 2019-cu il tarixində ABŞ hökuməti Karakas şəhərində yerləşən Venesuelaya olan səfirliyinin işçilərini geri çəkmək barədə qərar qəbul edib.
ABŞ bir həftə ərzində Venesualadakı diplomatik heyətinin bütün üzvlərini geri çəkəcək. ABŞ Ştat Departamentinin verdiyi açıqlamaya görə, buna səbəb ölkədəki "fənalaşan vəziyyət" olub.
2018-ci ilin aprel ayından bəri ABŞ Dövlət Katibi olan Mayk Pompeo şəxsi "Twitter" hesabında yayımladığı paylaşıma görə, Karakas şəhərindəki heyətin saxlanılması "ABŞ siyasətində sıxıtıya çevrilib".
2019-cu ilin yanvar ayında ABŞ hökuməti bütün az əhəmiyyətli işçilərə Venesuelanı tərk etməsi əmrini vermişdi.
Geniş yayılmış elektrik kəsilmələri və humanitar böhranın ağırlaşması Venesuelada kütləvi aksiyalara səbəb olmuşdu.
Səfirliyin boşaldılması qərarı 11 mart 2019-cu il tarixində, gecə saatlarında qəbul edilmişdi. Qərarın qəbul edilməsindən sonra Mayk Pompeo jurnalistlərə Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı tənqidi şərhlər etmişdir. O, bu açıqlamada belə deyib: "Nikolas Maduro venesuelalılara sosialist bir behiştdə daha yaxşı bir həyat vəd etmişdir. O, xalqı sosializm ilə təmin edib... bəs behişt? O qədər də yox."
İki ölkə arasındakı münasibətlər yanvar ayından bəri gərginləşib. Buna səbəb ABŞ-ın Nikolas Maduronun ikinci müddətə prezident seçilməsi ilə əlaqədar həyata keçirdiyi andiçmə mərasiminin ardından baş qaldıran çox minlik mitinqlərin fonunda özünü prezident səlahiyyətlərinin icraedicisi elan edən Venesuela Milli Asambleyasının Spikeri Xuan Quaydonu dəstəkləməsidir.
Yanvar ayında Venesuela Prezidenti Nikolas Maduro ABŞ diplomatlarına ölkəni tərk etmələri üçün 72 saat vermiş, ancaq ABŞ hökuməti "keçmiş prezident"in bu əmri yerinə yetirəcək səlahiyyətinin olmadığını bildirmişdir.
Mənbə
edit- Venezuela: US withdraws all staff from Caracas embassy — BBC News, 12 mart 2019
- US to withdraw all remaining diplomatic personnel from Venezuela — CNBC, 12 mart 2019
- U.S. to withdraw personnel from embassy in Venezuela amid turmoil — NBC News, 12 mart 2019
- Cessika Donati. U.S. to Withdraw Remaining Embassy Staff, Families From Venezuela — The Wall Street Journal, 12 mart 2019
- @SecPompeo. The U.S. will withdraw all remaining personnel from @usembassyve this week. — Twitter, 11 mart 2019