Wn/az/ABŞ-da əyləncə mərkəzinə silahlı hücum

< Wn‎ | az
Wn > az > ABŞ-da əyləncə mərkəzinə silahlı hücum

Floridanın Ceksonvilla şəhərindəki bir AVM-də təşkil olunan kompüter oyunu əsnasında baş verən silahlı hücum nəticəsində dörd nəfər ölüb.

Bu barədə Ceksonvilla polisi öz Twitter hesabında məlumat yayıb.

Məlumata görə, ölənlərdən əlavə, yaralılar da var. Şübhəlinin ölü ələ keçirildiyi, ikinci bir şübhəlinin olub-olmadığının araşdırıldığı qeyd olunub. Şahidlər ifadələrində bildiriblər ki, şübhəli şəxs 20 dəfəyədək atəş açıb.

Araşdırmalar davam edir. Hadisə yerinin yaxınlarına giriş və çıxış bağlanıb.

Mənbə edit