Wn/az/54-cü Grammy mükafatlarının təqdimatı oldu

< Wn‎ | az
Wn > az > 54-cü Grammy mükafatlarının təqdimatı oldu


14 fevral 2012, Çərşənbə axşamı

Los-Ancelesdə 54-cü Grammy mükafatlarının təqdimatı mərasimi keçirilib. Böyük Britaniya müğənnisi Adel altı kateqoriya üzrə qalib olub. Onun "21" adlı albomu ən yaxşı vokal kateqoriyasında ilin Grammy mükafatını alıb. İlin ən yaxşı mahnısı və videosu kateqoriyasında isə Adelin "Rolling in the Deep" mahnısı qalib olub. Adel eləcə də "Someone Like You" mahnısı ilə solo müğənnisi kimi Grammy mükafatına layiq görülüb.

Grammy mükafatlarının təqdimatı mərasimində çıxışı Adelin oktyabr ayında səs tellərində keçirdiyi cərahiyyə əməliyyatından sonra ilk çıxışı idi.

Bu ilki mərasimin aparıcısı LL Kul Jey keçən həftənin şənbə günü vəfat etmiş altı dəfə Grammy mükafatı almış məşhur müğənni və aktrisa Uitni Hüstonun xətirəsini anmaqla açıb.

Polis Uitni Hyustonun ölümü ilə əlaqədar təhqiqat aparıldığını, lakin ölümün cinayətlə əlaqəsi olmadığınlı deyib.

Rep müsiqi kateqoriyasında mükafatlara Cey-Z və Keyn Vest, folklor müsiqi kateqoriyasında isə Bon Iver qrupu Grammy mükafatına layiq görüldü.

Ladi Antebellunun "Own the Night" ölkədə ilin ən yaxşı albomu və "The Foo Fighters Walk" rok müsiqisi kateqoriyasında mükafat qazandı.

Grammy mükafatlarının təqdimatı mərasimində Beach Boys, Toni Bennett and Pol Makkartni kimi əfsanəvi müğənnilər də çıxış etdi.

Mənbə edit