18 sentyabr 2020, Cümə
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
“Güllələnmiş heykəllər” ziyarət olunub
Milli Musiqi Günü münasibətilə Milli İncəsənət Muzeyinin həyətindəki “Güllələnmiş heykəllər” ziyarət olunub. Mərasimdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edərək Anar Kərimov bildirib ki, Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub: Ermənistan tərəfindən Azərbaycanın tarixi torpaqlarının, o cümlədən musiqi beşiyi sayılan Şuşanın işğalı nəticəsində tarixi abidələrimiz də dağıdılıb, ev-muzeyləri qarət edilib. Bu heykəllər də Ermənistanın vandalizminə məruz qalıb, satılmaq üçün Gürcüstana aparılıb. Azərbaycan hökumətinin səyləri nəticəsində həmin heykəllər 1993-cü ildə ölkəmizə qaytarılıb.
Güllə izlərini abidələrə baxarkən aydın görmək mümkündür. Buna görə bu heykəlləri “Güllələnmiş heykəllər” adlandırırıq. Heykəllərin üzərindəki güllə izləri bir daha ermənilərin barbar, vəhşi xislətinin sübutudur”.
Çıxışın sonunda bu heykəllərin tez bir zamanda Şuşaya qaytarılacağına və dahi şəxsiyyətlərin ev-muzeylərinin bərpa olunacağına inamını ifadə edib.[1]