Wn/az/“Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib

< Wn | az
Wn > az > “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib

"Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib

  • AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
  • AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, fil.e.d. Vüqar Zivəroğlu, AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri və KİV nümayəndələri iştirak ediblər.
  • Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın olduğunu deyərək, KİV-lərin bu prosesdə rolunu xüsusilə qeyd edib. O, elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin, nailiyyətlərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirərək, KİV-lərin akademik tədqiqatlara ictimai marağın artırılmasındakı rolundan söz açıb.
  • İdarə rəisi bu sahədə kadr hazırlığı, jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmliyini bildirərək bu gün KİV-lərdə işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını söyləyib.
  • Sonra çıxış edən Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva elmin populyarlaşdırılmasında AMEA-nın institut və təşkilatları ilə müxtəlif media qurumları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqin nəticələrini açıqlayıb. Ü.Rzayeva qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubdan kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.
  • Ü.Rzayeva müasir dövrdə müxtəlif sferalarda dinamik inkişaf sayəsində bir-biri ilə sıx əlaqəli olan tamamilə yeni elm sahələrinin yaranmasının elmin populyarlaşdırılması işini mürəkkəbləşdirdiyini vurğulayıb. Rəis müavini KİV nümayəndələri ilə alimlər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edərək, Milli Elmlər Akademiyasının KİV və universitetlərin Jurnalistika fakültələri ilə elmin populyarlaşdırılması və təbliği işində qüvvələrini birgə səfərbər etmələrinin bu sahənin inkişafına mühüm töhvələr verəcəyinə əminliyini ifadə edib.
  • Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fil.ü.f.d., dosent Təranə Şükürlü və digər çıxış edənlər elmin populyarlaşmasında AMEA ilə müxtəlif KİV-lər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
  • Həmçinin AMEA-nın Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin jurnalistika fakültələri ilə birgə kurs və treninqlərin keçirilməsinin, tələbələrin elmi müəssisə və təşkilatlarda istehsalat təcrübəsinin təşkilinin vacibliyi bildirilib. Bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması üçün alim-populyarizatorlar, peşəkar elmi jurnalistlər, elmin populyarizatorları və elmi kommunikatorların öz qüvvələrini səfərbər etmələrinin, birgə treninq, müsabiqə və müxtəlif tədbirlərin kçirilməsinin əhəmiyyətini qeyd ediblər.
  • Çıxış edənlər elm jurnalistikasının inkişafında kadr təminatı məsələsindən də söz açıblar. Bildirilib ki, elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində yüksəkixtisaslı kadr hazırlığı mühüm rol oynayır.
  • Tədbirdə bu sahənin tədrisi istiqamətində əməli addımların atılmasının vacibliyi qeyd olunaraq Azərbaycanda elm jurnalistikasının formalaşması və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi, o cümlədən dərs vəsaitlərinin hazırlanması və dissertasiya işlərinin müdafiəsinin zəruriliyi vurğulanıb. Təkcə Jurnalistika fakültələrində deyil, digər fakültələrdə də populyar elm fənninin tədris edilməsi təklif olunub.
  • Mövzu ətrafında müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
  • Sonda müxtəlif KİV-lərin nümayəndələrinə elmin təbliğindəki xidmətlərinə görə AMEA tərəfindən təşəkkürnamələr təqdim olunub.[1]

İstinad

edit

Mənbə

edit
  1. http://igaz.az/az/news/576?fbclid=IwAR2n5bS0TvgU6zgoz9B7PkG2JM0Wc3DTpPYKBHAVm31E7MtrPx_XJd6ugrg