Wn/az/Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub

< Wn‎ | az
Wn > az > Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub

17 fevral 2019, Bazar

Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub. İki gündür qarın yağması avtomobil yollarına təsirsiz ötüşməyib. Ağsu dolaylarında qış mövsümünə hazır olmayan avtomobillərin sürücüləri çətin anlar yaşayıblar.

Şaxtalı hava səbəbindən buz bağlayan Şamaxı-Çöl Göylər-Padar yolunun enişli-yoxuşlu nöqtələrinə, sərt döngələrinə qum-duz qarışığı səpilib. Yolda növbəli əsasda işçi qrupunun üzvləri fəaliyyət göstərir. Şaxtalı hava üzündən sürücülərə axşam saatlarında yola çıxmamaq tövsiyə edilir.

Mənbə edit