14 fevral 2019, Cümə axşamı
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
"Səbail" hücumçu transferi reallaşdırıb. "Dənizçilər" Venesuelanın "Deportivo La Quayra" futbol klubunda çıxış edən forvardı İriberri İmanol transfer edib. Bu barədə klubun "Feysbuk" hesabı məlumat yayıb. 31 yaşlı hücumçu ilə 2019-cu il mayın 31-dək bir müqavilə imzalanıb.
İriberri İmanol 2006–2009-cu illərdə Argentinanın "Atletiko Aldosivi", 2009-cu ildə "Alvarado", 2010–2012-ci illərdə "İndependyente" (Paraqvay), 2012–2013-cü illərdə "Sportivo Karapequa", 2013-cü ildə "Deportes Tolima" (Kolumbiya), 2013–2014-cü ildə "Estudyantes de Merida", 2014–2015-ci illərdə "Deportivo La Quayra" (Venesuela), 2015–2016-cı illərdə "Xorxe Vilstermann" (Boliviya), 2016-cı ildə "Boavişta" (Portuqaliya), 2016–2017-ci ildə "Krusero-del-Norte" (Argentina), 2017-ci ildə "Mineros de Quayana" (Venesuela), 2017–2018-ci illərdə "Sport Boyz" (Peru), 2018-ci ildə isə "Deportivo La Quayra" (Venesuela) klublarında çıxış edib.
- "Səbail" klubu argentinalı hücumçu ilə müqavilə bağlayıb — Report.az, 14 fevral 2019
- “Səbail”də argentinalı hücumçu — Komanda.az, 14 fevral 2019
- "Səbail" argentinalı aldı — Futbol xəbər, 14 fevral 2019