Wn/az/İranda axundu həbs ediblər

< Wn | az
Wn > az > İranda axundu həbs ediblər


4 oktyabr 2011, Çərşənbə axşamı

randa bloqçu axund Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi 4 il müddətinə həbsə, 50 şallaq zərbəsinə və 800 dollar məbləğində pul cəriməsinə məhkum edilib.

Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi bir ilə yaxındır həbsdə saxlanır. Qum şəhərində dindən dərs deyir, təkcə müəllim kimi yox, həm də müxalif bloqçu, mərhum müxalif ayətullah Hüseynəli Müntəzirinin yaxın adamlarından biri kimi tanınır.

ETTELAAT-ın Qum şöbəsi Arəş Hünərvər Şücayini 2010-cu ilin noyabrında Qum dini dairəsindəki iş yerində həbs edib. O, hazırda Tehranın Evin zindanının 350-ci korpusunda saxlanır.

“Media forum” saytının məlumatına görə, Tehranın ruhanilərlə bağlı işlərə baxan məhkəməsi Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayini ölkənin milli təhlükəsizliyinə, dövlət quruluşuna qarşı çıxmaqda, Avropa ölkələrinin Tehrandakı səfirliklərinə casusluq etməkdə, eləcə də öz bloqunda şəri fitvalar verməkdə təqsirli bilib.

Bloqçu axundun həbsdə saxlandığı müddətdə fiziki işgəncələrə məruz qaldığı, müalicəsi çətin olan müxtəlif xəstəliklərə tutulduğu, səhhətində ciddi problemlər yarandığı bildirilir.

Mənbə

edit