Wn/az/İngiltərənin legioner qapıçısı Qordon Benks 81 yaşında vəfat edib

< Wn | az
Wn > az > İngiltərənin legioner qapıçısı Qordon Benks 81 yaşında vəfat edib

12 fevral 2019, Çərşənbə axşamı

İngiltərənin keçmiş qapıçısı Qordon Benks 81 yaşında vəfat edib.

Qordon Benks 30 dekabr 1937-ci il tarixində Böyük Britaniyada, İngiltərənin Şeffild şəhərində anadan olub. Başlıca heyətində oynadığı İngiltərə milli futbol komandası 1966-cı ildə dünya çempionatının qalibi olmuşdur. O, 1962-ci və 1970-ci illərdəki dünya çempionatlarında da iştirak etmişdir. Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyasının dünyadakı futbol mütəxəssisləri arasında keçirdiyi referendumun nəticələrinə əsasən Qordon Benks XX əsrin ən yaxşı qapıçıları arasında Lev Yaşindən sonra ikinci yeri tutmuşdur.

Onun "Stok Siti" komandasına keçməsindən ötrü 25 min funt verilmişdi. Benks bu komandanın kapitanı olmuşdu. İngiltərə milli futbol komandasının heyətində 62 oyun keçirib. 1966-cı il FİFA Dünya Kuboku və 1970-ci il FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur.

Mənbə

edit