Wn/az/İngiltərədə etirazlar baş verir

< Wn‎ | az
Wn > az > İngiltərədə etirazlar baş verir


12 avqust 2011, Cümə

7 avqust

Londonda şənbə günü axşam baş vermiş iğtişaşlar zamanı bir neçə polis zabiti yaralanıb. Britaniya paytaxtının Tottenham rayonunda baş vermiş hadisə zamanı bir neçə şəxsin həbs edildiyi xəbər verilir. İğtişaşlara səbəb 29 yaşlı gəncin polis tərəfindən güllə ilə vurulub öldürülməsi olub. Yüzlərlə insan etiraz əlaməti olaraq binaları, avtomobillər və avtobusları yandırıb, evlərin pəncələrini sındırıb. Polis hazırda rayonda keşik çəkir. Bu, Londonda son illər ərzində ən ciddi iğtişaşdır. Müxtəlif etnik qrupları təmsil edən insanların yaşadığı Tottenham da bundan əvvəl də iğtişaşlar baş verib.

8 avqust

Britaniya rəsmilərinin bildirdiyinə görə, Londonda həftə sonu baş verən zorakılıqlar və oğurluqlar zamanı azı 160 nəfər həbs edilib. Şəhərdə baş qaldıran zorakılıqlar zamanı 35 polis işçisinin yaralandığı, onlardan üçünün şəhərin şərqində həbslər həyata keçirməyə cəhd göstərərkən maşınla vurulduğu bildirilir. Artıq uzun illərdir ki, Londonda buna bənzər zorakılıqlar baş verməyib.

Narahatlıqlar keçən həftənin şənbə günü gecə Londonun Tottenham məhəlləsində 29 yaşlı Mark Dagganın polis tərəfindən öldürülməsindən sonra baş qaldırıb. İnsidentin hansı səbəbdən baş verdiyi məlum olmasa da, atışma zamanı polis işçisinin də yaralandığı bildirlir.

10 avqust

Britaniya paytaxtı London bu gün əsasən sakit olub, amma iğtişaşların Mançester və Birmingham şəhərlərinə yayıldığı deyilir.

Birmingham polisi bildirir ki, iğtişaşlar zamanı üç nəfər maşınla vurulduqdan sonra həlak olub. Həmin şəxslər öz icmalarını qarətçilərdən qorumağa çalışırdılar. Pois şübhəlini nəzarət altına alıb və qətl işi üzrə istintaq başlıayıb.

Şahidlər deyirlər ki, Britaniyanın üçüncü ən iri şəhəri olan Mançesterdə yüzlərlə iğtişaş iştirakçısı olan gəncər pəncərələri qırmış, mağazaları qarət etmiş və binaları yandırmışlar. Polis 47 adamı həbs edib.

16 min polisin küçələrində patrul çəkdiyi Londonda sakitlik hökm sürüb. Əksər dükanlar erkən bağlanıb və şəhər sakinlərinin çoxu şəhər ətraflarına axışıb.

11 avqust

Britaniyanın baş naziri Devid Kameron deyib ki, keçən həftədən bəri ölkədə davam edən zorakılıqlar nə siyasi nə də tətil mahiyyəti daşıyır. O, bunu zorakılığın tərənnümü adlandırıb. Cənab Kameron bunu cümə axşamı parlamentin fövqəladə yığıncağında deyib. Baş nazir Britaniya hökumətinin küçələrdə zorakılıqlara yol verməyəcəyini və qorxu yaratmaq niyyətində olanların qanun qarşısında cavab verəcəklərini deyib.

Britaniya polisi dünəndən bəri evləri gəzərək, zorakılıqlarda iştirak edənləri axtarır. Komissar müavininin yardımçısı Stiv Kavano deyib ki, polislər şəhərdəki evləri qapı-qapı gəzərək, insanları həbs edir. O, 100-dən çox adamın həbs edildiyini və həbslərin davam edəcəyini bildirib. Şənbə günündən bəri artıq min nəfərdən çox adamın həbs edildiyi deyilir.

Mənbə edit